reklam
CBC SPORT 12 nəfəri işdən çıxardı! - Nələr baş verir? -
Sportfm.az xəbər saytı

CBC SPORT 12 nəfəri işdən çıxardı! - Nələr baş verir? -ÖZƏL


Azərbaycanın 2 idman kanalından biri olan CBC Sport-da 12 nəfər əməkdaş işdən azad edilib. 

Sportfm.az saytının əldə etdiyi məlumata görə, kanalın Proqramlar Departamentinin 12 işçisi işsiz qalıb. Kanaldan işçilərə səbəb kimi – struktur dəyişikliyini göstəriblər. Onlara əvvəlcədən xəbərdarlıq etmədən bir gündə müqavilələrini ləğv ediblər.

Qeyd etmək yerinə düşər ki, bu departament kanalın ən kreativ departamenti olub.

Departament 2016-cı ildən "CBC Sport" telekanalında 2019 Avropa Liqasının Bakıda keçirilən final oyununa həsr olunan “Birlikdə Bakıda”, Azərbaycan millisinin 1996-cı ildə İsveçrə ilə oyundakı qələbəsi haqqında "26-cı dəqiqə", Buzovnanın “Xəzri” komandasından bəhs edən "Xəzridən Xəzriyə", həmçinin "Kubok həyəcanı", "Fotodan üstün… Kənanın ümidləri", "Şahdağ festivalı", "Qırmızı top", "Kubok həyəcanı 2018" və s. kimi sənədli filmlər çəkib, bir çox maraqlı verilişlərə imza atıb. "İmza" verilişi 2017-ci ilin yekunlarına görə Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülüb. “Foto +” verilişi 2022-ci ilin ən yaxşı idman verilişi kimi “Zəfər” mükafatını qazanıb.

Azərbaycanda uşaq və yeniyetmələr idmanından bəhs edən “Ümidlərimiz” verilişi Azərbaycan Milli Olimpiya Komitəsinin keçirdiyi “İdman filmləri və proqramları milli televiziya festivalı” müsabiqənin mükafatçısı olub.

 

 

Oxşar xəbərlər

“Topaz Futbol Festivalı 2019”un qalibləri müəyyənləşdi - FOTO
Azərbaycan idmançıları cari ildə neçə medal qazandı? - Azad Rəhimov açıqladı
İlin idman yekunları müzakirə edildi
“Autizmlilər” İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırdı
“Xəzridən Xəzriyə” filminin təqdimat mərasimi keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər