reklam
Azərbaycan idmançıları cari ildə neçə medal qazandı? -
Sportfm.az xəbər saytı

Azərbaycan idmançıları cari ildə neçə medal qazandı? -Azad Rəhimov açıqladı


Azərbaycan idmançıları 2017-ci il ərzində dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 347 qızıl, 236 gümüş və 268 bürünc olmaqla, ümumilikdə, 851 medal qazanıblar.

Sportfm.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, ölkədə 219 respublika, 55 beynəlxalq yarış keçirilib, 234 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub. İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər.

“2017-сi il ərzində ayrı-ayrı idman növləri üzrə 92 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. O cümlədən, 7 nəfər ali, 84 nəfər birinci, 1 nəfər ikinci kateqoriya alıb. Bundan başqa, 12 nəfərə “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası”, 12 nəfərə “Respublika Dərəcəli Hakim”, 41 nəfərə “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi”, 23 nəfərə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adı verilib, 61 nəfər İdman ustası normasını yerinə yetirib, 3 nəfərə isə dublikat vəsiqə təqdim edilib. İdman növləri üzrə yığma komandaların hazırlığı ilə əlaqədar 660-dan artıq idmançının “Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunda” və “Respublika İdman Tibb Mərkəzində” müayinə və müalicəsi aparılıb.

Oxşar xəbərlər

39 nəfərə fəxri ad verildi - “5 mart - Bədən tərbiyəsi və idman günü”
2020-ci ildə fəxri ad alanların sayı məlum oldu - İdman sahəsində
2019-cu ildə yüksək nəticə qazanan idmançı və məşqçilər təltif edildi - FOTOLAR
Anar Salmanova fəxri ad verildi - FOTO
Azərbaycanda 31 nəfər əməkdar məşqçi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər