Xəsarət alanların son durumu açıqlandı -FOTO
TƏBİB futbol klubunun avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin son durumunu açıqlayıb.
Sportfm.az xəbər verir ki, hadisə nəticəsində qurumun tabeliyindəki tibb müəssisələrinə 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə yerləşdirilib.
"Onlara bud sümüyünün sınığı, döş qəfəsinin qapalı travması diaqnozları qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir", - məlumatda qeyd olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı sərnişin avtobusu və "Mack" markalı yük avtomobili toqquşub, 1 nəfər sərnişin müxətlif xəsarətlərlə avtobusda sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sərnişin nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Oxşar xəbərlər
Bakıda idmançı olduğunu deyən tələbə ölü tapıldı - ŞOK OLAY
"Qalatasaray"ın stadionunda kran aşdı - Xəsarət alanlar var
Qaradağda idman edən şəxs köməksiz vəziyyətdə qaldı - FHN xilas etdi
"Qəbələ"nin məşqçisi dünyasını dəyişdi
Alpinistlərin axtarışına dağ-xilasetmə dəstəsi cəlb olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası