Reqekampfın sındırdığı gənc -Onu qoruyaq
"Qarabağ"la görüşdə qonaq komandanın baş məşqçisi İslamyıl Zülfüqarlını sonradan meydana buraxsa da, cəmi 15 dəqiqə sonra yenidən əvəzlədi. Reqekampf bunu mətbuat konfransında taktiki gedişlə izah etdi. Amma hər nəylə olursa olsun, "Neftçi"nin baş məşqçisi İsmayılı artıq ikinci dəfə səfərdə "Qarabağ"la oyunda belə sındırmamalıydı.
İsmayıl Zülfüqarlı gəncdir, yerli məktəbin yetirməsidir, həssas futbolçudur. Bunu özüm görmüşəm. Ötən mövsüm avrokuboklarda qırmızı vərəqə alan İsmayıl media tribunaya qalaraq orda ağlayırdı. Yəni bu qədər həssas bir oyunçudur. Əgər Rege bu əməllərinə davam etsə, Zülfüqarlı ümumiyyətlə futboldan küsə bilər. Bu məsələdə məncə rəhbərlik müəyyən mənada işə qarışmalıdı. Zatən ölkədə futbolçu yoxdur, bir gəncimizi də belə itirməyək.
Ayxan Cəfərzadə
Oxşar xəbərlər
Ötən gün "Neftçi" oynayırdı axı... FİASKO
"Nəticə ürəyimizcədir" - Samir Abasov
"Pandemiya planlarımıza mane oldu" - Samir Abasov
"Bu qələbəmizi azarkeşlərinə həsr edirik" - Füzuli Məmmədov
Ramos: "Mahir Emreli hər kəsin komandada görmək istədiyi gənc oyunçudur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası