Ötən gün "Neftçi" oynayırdı axı...FİASKO
Ötən gün ölkə çempionatında 34-cü tur çərçivəsində "Neftçi" evə "Şamaxı" ilə bərabərə qaldı.
Ağ-qaralar son oyunlarda sərgilədiyi "əzik futbol"u bu dəfə də davam etdirdi. Meydanda sürürən "Neftçi"nin futbolçuları sanki meydana candərdi çıxır, oyunları yola verir. Komandanın baş məşqçisi Regekampf da hər dəfə çıxıb deyir ki, sistemi otuzdururuq,idela heyəti qururuq.
Mövsüm bitib, adam ideal heyətdən danışır. Oyunçu axtarır. "Qarabağ" 10-cu dəfə çempion olub, "Sabah" turnir cədvəlində flaqmanı ötüb, oyunlarda "Neftçi"nin topla döyüb, rumıniyalı isə axtarır...Qoy axtarsın, görək sonu nə olur...
Hazırda komandaya fayda verməyən, yalandan heyətdə yer alıb, boş yerə maaş alan futbolçular var ki, öncə onlardan qurtulmaq lazımdı.
Ömər Buludov, Azər Salahlı, İsmayıl Zülfüqarlı, Sezar Meza Kolli, Vato Arveladze, İqor Boqomolski bu komandanın səviyyəsinə uyğun deyil, üstəlik qocalan Stanku və Solomon da var. Klub rəhbərliyi bunları düşünməlidi, Eminlə müqaviləni uzatmalıdı, əgər vaxtında addım atılmasa, avrokuboklarda "Neftçi"ni fiasko gözləyir.
Oxşar xəbərlər
"Neftçi" - "Qarabağ" - Start heyətlər
"Turan Tovuz" - "Neftçi" - START HEYƏTLƏR
"Neftçi" - "Turan" - START HEYƏTLƏR
"Qarabağ" - "Neftçi" - START HEYƏTLƏR
"Sabah" - "Neftçi" - START HEYƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası