Azərbaycan çempionatının püşkü atıldı
Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb.
Sportfm.az xəbər verir ki, 11 şahmatçının iştirak etdiyi yarışda ilk turun görüşləri Ləman Hacıyeva və Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Xəyalə Abdulla, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva, Səbinə İbrahimova və Nərmin Abdinova arasında oynanılacaq. Nurtan Nuriyeva birinci turda istirahət edəcək.
Çempionatın reytinq favoriti son çempion Gövhər Beydullayevadır (2387).
11 turdan ibarət çempionatın baş hakimi Ülkər Umudova olacaq. İlk turun oyunları fevralın 4-də saat 14-30-da başlayacaq.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb. Qalib şahmatçı 5000 manat pul mükafatı qazanacaq.
Oxşar xəbərlər
Ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atdı
Beydullayeva zəkasını işlətdi - Avropa çempionatı
Şahmat millimizin üçün heyəti - Avropa çempionatı
Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynadı
Qalib bu gün müəyyənləşəcək - Azərbaycan çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu komandalara texniki məğlubiyyət verildi
-
“Qaradağ Lökbatan” “Şəki”ni böyük hesabla uddu - Azərbaycan Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
"Onlar məni dünya çempionu etdilər" - Messi















Misli Premyer Liqası