Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İngilislər istəyinə nail oldu -Datro Londonda
"Molde"nin futbolçusu Datro Fofana "Çelsi"yə keçib.
Sportfm.az xəbər verir ki, bu barədə London klubunun saytı məlumat yayıb.
19 yaşlı hücumçunun transferi "Çelsi"yə təxminən 12 milyon avroya başa gəlib. Futbolçu 2023-cü il yanvarın 1-də kluba qoşulacaq. Fofanın icarəyə göndərilib-göndərilməyəcəyi, yoxsa komandada qalıb start heyətdə yer almaq üçün mübarizə aparacağı hələlik məlum deyil.
Qeyd edək ki, D.Fofana Norveç Premyer Liqasında "Molde"də 24 oyun keçirib və klubun ölkə çempionu olmasına kömək edib. O, 15 qol vurub və 3 qolun ötürməsini verib.
Oxşar xəbərlər
"Barselona"nın oyunçusu əməliyyat olunacaq
Oğurluq etdi, klubdan qovuldu
Fofana "Lion"a qoşulacaq
"Çelsi" forvardını icarəyə verdi
Kurtua "Real"a, Kovaçiç "Çelsi"yə keçdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası