reklam
Hakim təyinatı sayı rekord həddə çatdırıldı -
Sportfm.az xəbər saytı

Hakim təyinatı sayı rekord həddə çatdırıldı -DÇ-2022


Qətərdə keçirilən futbol üzrə dünya çempionatının bir oyununa təyin olunan hakim sayı rekord həddə çatdırılıb.

Sportfm.az xəbər verir ki, turnirin 1/4 final mərhələsindən etibarən hər matçın hakimlər briqadasında 11 nəfər yer alacaq.

Bu, mundiallar tarixinin yeni rekordudur. DÇ-2022-nin qrup və 1/8 final oyunlarında 10 referi iş başında olub. Növbəti raunddan ehtiyat VAR köməkçisi də hakimlər briqadasına əlavə olunacaq.

Turnirdə 8 komanda qaldığından, FIFA Hakimlər Komitəsi referilərin sayını da azaldıb. 16 baş, 30 köməkçi hakim və 5 VAR köməkçisi dünya çempionatındakı işini yekunlaşdırıb.

Mundialın 1/4 final mərhələsinin ilk iki matçının hakim təyinatları da müəyyənləşib. Dekabrın 9-da keçiriləcək Xorvatiya – Braziliya görüşünü ingiltərəli Maykl Oliver, Niderland – Argentina qarşılaşmasını isə ispaniyalı Antonio Mateu Lahoz idarə edəcək.

Oxşar xəbərlər

SENSASİYA - Braziliya evə dönür - DÇ-2022
1/4 finala start verilir - DÇ-2022
Niderland - Argentina matçının hakimləri - DÇ-2022
Matçlar Ona və Damirə tapşırıldı
DÇ-2018: 4 oyuna hakim təyinatları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər