Futbolçu tapança ilə zarafatın güdazına getdi -ŞOK
Macarıstanlı futbolçu Kristian Tot ömürlük futboldan uzaqlaşdırılıb.
Sportfm.az xəbər verir ki, buna Totun əvəzedici liqada meydançanın kənarında silahla dayanması səbəb olub.
Qarşılaşmanın köməkçi hakiminin atası sosial şəbəkədə meydançada silahlı futbolçunun fotosunu görüb. Daha sonra Macarıstan Futbol Federasiyasına insident barədə məlumat verilib. Kristian Tota qarşı təqib və hədələmə maddələri ilə cinayət işi açılıb. Oyunçu məsələ ilə bağlı açıqlama da verib:
“Hərəkətlərim zarafat idi. Heç kimi incitmək istəmirdim. Silah meydandakı futbolçulardan birinin oğluna məxsusdur və sadəcə, plastik oyuncaqdır. Xüsusi bir şey yoxdur. O an ağlıma belə gəlmirdi ki, ehtiyatsız zarafatın nəticələri nə ola bilər. Dərhal peşman oldum. Çox üzr istəyirəm. Başqalarına, özümə və idmana problem yaratmaq son dərəcə axmaqlıq idi”.
Oxşar xəbərlər
Nurlan İbrahimova qarşı cinayət işi açıldı
Gənc futbolçu meydanda infarkt keçirdi - Olay
Koronavirusla bağlı zarafat ona baha başa otura bilər
Futbolçu baş məşqçini itələyərək yerə yıxdı - VİDEO
Meydana girərək futbolçunun boğazını kəsdi - Polşada dəhşətli olay
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası