3 cüdoçumuz yarımfinalda -Böyük Dəbilqə
Azərbaycanın 3 cüdoçusu Bakıda bu gün start götürən “Böyük Dəbilqə” turnirində yarımfinala yüksəlib.
Sportfm.az xəbər verir ki, 60 kq-da Kəramət Hüseynov və Balabəy Ağayev, 66 kq-da isə Orxan Səfərov finala vəsiqə uğrunda güləşəcək.
Mübarizəyə 1/8 finaldan başlayan Hüseynov Vijay Yadav (Hindistan) və Dilşodbek Baratova (Özbəkistan), Ağayev isə Şerzod Davlatov (Qazaxıstan) ilə Tsoqt-Oçir Byambacava (Monqolustan) qalib gəlib. İki cüdoçu finala vəsiqə uğrunda bir-biri ilə qarşılaşacaq.
Səfərov isə yarımfinaladək Munis Havsavi (Səudiyyə Ərəbistanı), Yanislav Gerçev (Bolqarıstan) və David Qarsiyanı (İspaniya) mübarizədən kənarlaşdırıb. Onun finala gedən yolda rəqibi Denis Viyeru (Moldova) olacaq.
66 kq-da yer alan digər Azərbaycan təmsilçisi Kamran Süleymanov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.
Qadınların mübarizəsində isə 48 kq-da Leyla Əliyeva, Aişə Qurbanlı və Ramilə Əliyeva, 52 kq-da isə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva yarışı medalsız başa vurub.
Oxşar xəbərlər
Bayramov yarımfinalda - “Böyük Dəbilqə”
İlk gündə 3 medal - “Böyük Dəbilqə”
Cüdoçularımızdan 1 qızıl, 2 bürünc medal - Böyük Dəbilqə
13 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində finala yüksəldi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev dünya çempionumuzla görüşdü - FOTO
-
AMADA “Zirə” üçün seminar keçirdi
-
“Neftçi” – “Sabah” oyununun bileti satışda - Premyer Liqa
-
MOK-da ikitərəfli tərəfdaşlıq müzakirə olundu
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi















Misli Premyer Liqası