reklam
Azərbaycan tennisçisi erməniyə qalib gəldi -
Sportfm.az xəbər saytı

Azərbaycan tennisçisi erməniyə qalib gəldi -Beynəlxalq turnir


Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirinə start verilib.

Sportfm.az xəbər verir ki, yeniyetmələrdən ibarət Azərbaycan millisi turnirdə həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunur.

Əvvəlcə oğlanların yarışı başlayıb. 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyanı məğlub edərək növbəti mərhələyə adlayıb. Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq.

Sentyabrın 21-dək keçiriləcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə də bacarığını göstərəcək.

Oxşar xəbərlər

2 idmançımız Misirə yola düşdü
Tiflisdə tennisçimizdən böyük uğur
Azərbaycan çempionatının qalibləri məlum oldu
Azərbaycan birinciliyinin qalibləri - SİYAHI
Tennisçilərimiz beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər