reklam
Bizim etmədiyimizi onlar necə edir və ya
Sportfm.az xəbər saytı

Bizim etmədiyimizi onlar necə edir və ya "Dinamo" Bakıya nə üçün gəlib? - VİDEO


Son zamanlar saytımızda Azərbaycan futzalında cərəyan edən hadisələrlə bağlı xeyli sayda material dərc olunur. Yığmamızın legionerlərin hesabına qazandığı uğuru fonunda ölkədə futzalın tənəzzülə uğraması, daxili yarışların aşağı səviyyədə təşkili, rəqabətin olmaması, gənc nəslin yetişməməsi kimi böyük problemlərin olması danılmaz faktlardır. Hətta vəziyyət o yerə gəlib çatıb ki, Yüksək və 1-ci futzal liqasında mübarizə aparan 30-a yaxın klubdan, fasilə dönəmində cəmi bir kollektiv təlim-məşq toplanışı üçün xaricə yollanıb. Buna baxmayaraq, maliyyə cəhətdən bizim komandalardan çox geri qalan Gürcüstan təmsilçisi "Dinamo”(Batumi) hazırlığını Bakıda keçir. SPORTFM-in baş redaktoru Araz Əhmədova verdikləri müsahibədə batumililərin 22 yaşlı üzvü Levan Partenadze və məşqçi Jaba Çanturiya paytaxtımıza gəlişlərinin məqsədindən, burada gördüklərindən söhbət açıblar. 
Qeyd edək ki, toplanış çərçivəsində 1-ci liqada yarışan "Marafon” komandası ilə hazırlıq matçında qüvvəsini sınayan gürcülər, təmsilçimizə 7:3 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

"Sumqayıt" Türkiyədə neçə görüş keçirəcək?
Klub prezidenti:"Komandalara dövlət tərəfindən pul ayrılır" - ÖZƏL
“Yüksək səviyyədə” keçən çempionatın antirekordları - YAZI
"Azərbaycan yığmasında niyə belədir, başa düşə bilmirəm!" - VİDEO
Rio-2016: Kamran Şahsuvarlı bürünc medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər