reklam
Emreli Xorvatiya çempionatında ilk qolunu vurdu
Sportfm.az xəbər saytı

Emreli Xorvatiya çempionatında ilk qolunu vurdu


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda qol hesabını açıb.

Sportfm.az xəbər verir ki, 25 yaşlı hücumçu səfərdə "Riyeka"ya qarşı keçirdikləri XXX tur matçında fərqlənib. 79-cu dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib.

Emreli oyuna 57-ci dəqiqədə komandası 0:1 hesabı ilə geridə olduğu vaxt daxil olub. O, qolla yanaşı, 87-ci dəqiqədə sarı vərəqə alıb.

89-cu dəqiqədə isə azərbaycanlı futbolçunun dirsəyinə zərbə endirən "Riyeka"nın futbolçusu Anton Kresiçə referi VAR sisteminə müraciət etdikdən sonra qırmızı vərəqə göstərib.

Görüş "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Zaqreb təmsilçisi 29 oyundan sonra xalını 63-ə çatdırıb və ehtiyatda daha bir görüşünün olmasına baxmayaraq, liderliyə yüksəlib.

Oxşar xəbərlər

Emreli "Dinamo"nu məğlubiyyətdən qurtardı - Xorvatiya çempionatı
Mahir Emreli kubok matçında qol vurdu
İlk qolu Mahir vurdu, "Dinamo" qalib gəldi - Xorvatiya çempionatı
Mahir qol vurdu, komandası qələbə qazandı - Çempionlar Liqası
Mahir qol vurdu, "Dinamo" qalib gəldi - Yoxlama görüşü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər