Portuqaliyalı müdafiəçi "Neftçi"dən niyə ayrıldı -Səbəb
"Neftçi"nin baş məşqçisi Samir Abasov futbolçu Huqo Bastonun komandadan ayrılma səbəbini açıqlayıb.
Sportfm.az xəbər verir ki, 44 yaşlı mütəxəssis bunu portuqaliyalı müdafiəçinin durumundan məmnun olmaması ilə əlaqələndirib.
Abasov bildirib ki, 29 yaşlı legioner daim oynamaq istədiyini bildirsə də, meydanda özünü yetərincə göstərməyi bacarmayıb: "Basto ilə oturub-danışdıq. O, həmişə oynamaq istəyirdi. Amma mən nə görürdüm? Görürdüm ki, bu, dildədir. İstəyini dilə gətirir, amma göstərdiyi çabalar yetərli deyil. Bunu özünə də başa salırdım. Buradakı durum onu məmnun etmədi. Biz də vəziyyəti necə gördüyümüzü qarşılıqlı şəkildə bir-birimizə izah etdik. Mən dedim ki, hazırkı durumda və bu gedişlə burada oynamayacaqsan. Basto isə bu durumun ona sərf etmədiyini, gedişatdan razı olmadığını bildirdi və çıxıb getdi".
Qeyd edək ki, Huqo Basto 2021-ci il iyulun 17-də "Neftçi" ilə iki mövsümlük müqavilə bağlamışdı. (report)
Oxşar xəbərlər
"Neftçi" legionerini göndərdi - Müqaviləyə xitam verildi
Portuqaliyalı “Neftçi” ilə vidalaşdı - Ayrılıq
"Neftçi"nin oyunçusu koronavirusa yoluxdu - Təcrid olundu
"Neftçi"nin növbəti transferi - VİDEO
"Yaxşı hücumçu tapsaq, alacağıq" - Samir Abasov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
Güləşçimiz finalda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa















Misli Premyer Liqası