reklam
Sportfm.az xəbər saytı

"Sabah" məşqçisinə, "Qarabağ" azarkeşlərə görə cərimələndi -İntizam Komitəsi


AFFA İntizam Komitəsi (İK) "Sabah" klubunun məşqçisi Vitali Kovalyova 5 oyunluq cəza verib.

Sportfm.az xəbər verir ki, buna mütəxəssisin "Keşlə"yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyununda hakimi təhqir etməsi səbəb olub.

Paytaxt təmsilçisi Kovalyova görə 4000 manat məbləğində cərimələnib. Bundan əlavə, klub 5 futbolçusu həmin qarşılaşmada sarı vərəqə aldığı üçün 800 manat ziyana düşüb. "Sabah"ın qapıçısı Səlahət Ağayevin formasında qüsur aşkarlanıb və qarşılaşma bu səbəbdən gec başladığından qonaqlar əlavə 800 manat ödəyəcək.

İK "Qarabağ" klubuna da 4000 manat məbləğində cəri tətbiq edib. "Köhlən atlar"ın azarkeşləri evdə "Qəbələ"ni 5:1 hesabı ilə məğlub etdikləri görüşdə kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədiblər.

Həmin oyunda qonaq komandanın azarkeşləri stadiondakı əmlaka zərər vurub və dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanmalıdır.

"Səbail" isə 4 futbolçusu "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə gördüyü üçün 800 manat cərimə olunub.

Oxşar xəbərlər

“Turan Tovuz” 4000 manat cərimə edildi - Azarkeşlərə görə
AFFA klublarımızı cərimələdi
AFFA bu klublarımızı cərimələdi
"Qarabağ", "Neftçi" və "Zirə" cərimələndi - QƏRAR
"Keşlə"nin kapitanına ağır cəza - AFFA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər