reklam
AFFA klublarımızı cərimələdi
Sportfm.az xəbər saytı

AFFA klublarımızı cərimələdi


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 6-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

“Kəpəz”in “Xəmsə” fan klubunun azarkeşləri tərəfindən 110 ədəd oturacağın sındırılması ilə bağlı dəymiş zərər “Kəpəz” tərəfindən ödəniləcək. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Neftçi” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub. 

“Səbail” – “Zirə” oyununun 79-cu və 90+1-ci dəqiqəsində “Səbail” azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. Həmçinin birinci hissədə AFFA nümayəndələri üçün şəraət yaradılmadığına görə “Səbail” 800 manat cərimələnib. Eyni zamanda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub. “Səbail”in futbolçusu Tural Bayramlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimələnib. 

“Qarabağ” – “Sabah” oyununda “Sabah”ın baş məşqçisi Murad Musayev texniki zonanı tərk edərək yan xətt hakiminə etiraz etdiyi üçün qırmızı vərəqə aldığına görə 1 oyun cəzalandırılıb və “Sabah” 800 manat cərimə olunub. “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimələnib.  “Sabah”ın futbolçusu Abdulaye Ba ikinci sarı vərəqə alaraq maydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat məbləğində cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri meydançaya daxil olduğuna görə  Ağdam təmsilçisi 1600 manat cərimələnib. 

 

Oxşar xəbərlər

AFFA iki futbolçuya cəza verildi - QƏRAR
AFFA bu klublarımızı cərimələdi
AFFA klublarımızı cərimələdi - 4000 manat
AFFA klubları cərimələdi - 800 manat
Kamran Ağayevə ağır cəza - Qırmızı vərəqəyə görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər