Millimizin heyəti açıqlandı -Dünya çempionatı
Oktyabrın 24-də Serbiyanın paytaxtı Belqradda start götürəcək boks üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, 14 gün davam edəcək yarışda Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Alfonso Dominqes (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) qüvvəsini sınayacaq.
Oktyabrın 21-də səfərə yollanacaq komanda təlim-məşq toplanışını son günədək davam etdirəcək.
Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçunun iştirakı gözlənilir. 2 600 000 ABŞ dolları mükafatı fondu olacaq mundialda çempion 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.
Oxşar xəbərlər
Döyüşü ud, 200 min dollar qazan
Yığmamızın dünya çempionatı üçün heyəti - SİYAHI
Azərbaycan millisinin heyəti açıqlandı - Beynəlxalq turnir
Bu gün bir boksçumuz mübarizəyə qoşulacaq - Dünya çempionatı
Boksçularımız mübarizəyə başlayır - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün















Misli Premyer Liqası