reklam
Dadsız yeməklər və yarımcan
Sportfm.az xəbər saytı

Dadsız yeməklər və yarımcan "Neftçi" -İsraildəki fiaskoya son baxış


Əvvəli (https://sportfm.marafon.az/44762-dadsz-yemklr-anl-azrbaycan-ad-.html) Hayfa şəhərində yəhudilərlə yanaşı ərəblər,(müsəlman və xristian)druzlar da yaşayır. Aralıq dənizinin sahilində yerləşən və İsrailin əsas portu hesab olunan şəhərdə Efiopiyadan olan qaradərili yəhudilərə də rast gəlmək mümkündü. Hayfa əhalisi “Makkabi”ni çox sevir. Küçələrdə klubun forması ilə gəzən xeyli sayda azarkeş görmək mümkündü.

                                                                      XOŞ SÜRPRİZ 
 Oyundan bir gün öncə təşkil edilən mətbuat konfransına yetişmək üçün “Sammi Ofer” stadionuna yollandığımızda orda bizləri xoş sürpriz gözləyirdi. Belə ki, Hayfa klubunun mətbuat departamentinin əməkdaşları girişdə media nümayəndələrimizi qarşılıyaraq onlara “Makkabi”nin atributları olan hədiyyələr təqdim etdi. Üstəlik, mətbuat zalında hər bir xırda detal(internet, mikrofon, xüsusi giriş kartları) nəzərə alınmışdı.

Mətbuat konfransında isə qayğılı Samir Abasova ünvanlanan suallar əsasən kasad heyət, müdafiənin etibarsız oyunu, transferlərlə bağlı idi. Mütəxəssisin cavablarından çıxılmaz durumda olduğu açıq-aydın sezilirdi.

                                                                     DADSIZ YEMƏKLƏR 
 Oyun günü səhər bol vaxtımız olduğundan şəhəri gəzmək qərarına gəldik. Bununla həm də oteldə verilən dadsız yeməklərdən canımızı qurtarmaq imkanı yaranmışdı(İsraildə bütün yeməklərə xüsusi qoxuya və dada malik sous qatırlar). Şəhərdə türk lokantası tapmaq ümidiylə oteli tərk edərək dünyanın ən kiçik metrosu sayılan “Karmelit”ə də baş çəkdik. Bu ecazkar və cəmi 6 stansiyadan ibarət olan mühəndislik möcüzəsi Karmel dağını şəhərin yamacda olan hissəsi ilə birləşdirir. Mini metroya giriş 6 şekeldi(3 manat). Metronun vaqonları vahid tros üzrə hərəkət edir(Bakıdakı funikulyor vaqonları kimi). Əslində Hayfada ən məşhur və görməli yer Bahai bağları hesab olunur. Təbii ki, şəhər turu zamanı ora getməyi də unutmadıq. Zəvvarların ziyarətgahı olan bu yer dünyanın 8-ci möcüzəsi sayılır.

Şəhərdə diqqəti çəkən məqamlardan biri də ağacların hamısının nömrələnməsidi. Bəli, İsraildə yaşıllıqları çox ciddi şəkildə qoruyurlar. Ağaclar nömrələnir və aidiyyatlı qurumlar tərəfindən qorunur.

                                                                    YARIMCAN "NEFTÇİ" 
“Sammi Ofer” stadionu Hayfanın cənub girişində yerləşir. Arenanın ətrafında fanatlar üçün xeyli sayda publar fəaliyyət göstərir. İsti və rütubətli havadan qorunmaq istəyən azarkeşlər qarşılaşmadan əvvəl həmin məkanları doldururlar.
   Görüşün başlamasına 3 saat qalmış stadiona yola düşdük. Rəqib komandanın rəsmiləri bizləri gülərüzlə qarşılayaraq, işləməmiz üçün lazımi şəraiti təmin etdilər. Azərbaycanlı jurnalistlər media tribunasında yerini alan kimi “Makkabi” fanatlarının qocaman amiqosu Ruben Dahan yaxınlaşaraq komandamıza uğur arzulamağı da unutmadı. Görüş başlayanda ilk dəqiqələrdən göründü ki, bizim bu uğura həqiqətən böyük ehtiyacımız var.


  Matçın start fitindən cəmi 20 saniyə sonra döyüşə atılan Aqil Məmmədov həmin gün “Neftçi” daha böyük hesabla məğlub olmasının önünə keçən futbolçularından biri, bəlkə də birincisi idi. Yarımcan “Neftçi” güclü azarkeş dəstəyini arxasına alaraq meydanda yel kimi əsən Hayfa təmsilçisi qarşısında heç bir varlıq göstərə bilmirdi. Üstəgəl meydanda dizləri titrəyən Fəhmin Muradbəyli, nə etdiyini bilməyən Mərt Çelik, mandrajdan meydandan çıxıb canını qurtarmaq istəyən Harramiz(transferi ayrıca mövzudu), özünü həvəskarlar liqasında hiss edən Huqo Basto, yuxusunda Afinanını görən Kane, 20-ci dəqiqədən sonra nəfəsi kəsilən Meza Kollinin yerinə Emin Mahmudov tək oynayacaqdısa, olacağı bu idi. Bəli, bu heyət avrokuboklar üçün yetərsizdi, bunu hamı bilir. Amma bu o demək deyil ki, çıxıb meydanda ruhsuz şəkildə var-gəl etməlisən. “Neftçi”nin formasını daşıyan oyunçu oyunda canını qoymalıdı...
Araz Əhmədov Hayfadan

Oxşar xəbərlər

"Neftçi" mübarizəni dayandırdı - Konfrans Liqası
"Makkabi" - "Neftçi" - START HEYƏTLƏR
"Neftçi" "Sammi Ofer" stadionunda məşqə çıxdı - FOTO
"Neftçi" İsrailə çatdı - FOTO
Samir Abasov və Harramiz Suares - Mətbuat konfransı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər