reklam
Geryeyə daha bir zərbə -
Sportfm.az xəbər saytı

Geryeyə daha bir zərbə -Evi dağıldı


"Qarabağ"ın sabiq futbolçusu Donald Gerye böyük faciə ilə üzləşib.

Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, haitili futbolçunun ailəsinin yaşadığı ev ölkədə baş vermiş güclü zəlzələ nəticəsində tamamilə dağılıb.

Hazırda Polşada olan 32 yaşlı yarımmüdafiəçi yerli azarkeşlərdən kömək istəyib. O, soydaşlarına yardım məqsədilə onlayn mətbuat konfransı təşkil edib. Futbolçunun hədəfi 20 000 ABŞ dolları toplamaqdır. Gerye bütün məbləği zəlzələdən zərərçəkənlərə verəcək. Lakin indiyədək 300 ABŞ dollarından az pul yığılıb.

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə də "Qarabağ"da çıxış etdikdən sonra "Neftçi"yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Son klubu Kipr "Apollon"u olan futbolçu hazırda azad agentdir. Futbolçunun kiçikyaşlı qızı bir müddət öncə faciəvi şəkildə dünyasını dəyişmişdi. 

Oxşar xəbərlər

Gerye yenə axtarışdadı - klubsuz qaldı
Donald Gerye Polşa klubuna keçdi - Müqavilə
Gerye "Qarabağ"a geri qayıtdı
"Neftçi"nin futbolçusu yardım aksiyasına qoşuldu
ÖZƏL: Donald Gerye "Qarabağ"ı niyə tərk etməyib? - Futbolçuya 100 min dollar təklif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər