reklam
Doğma divarlar Yaponiyaya kömək etmədi -
Sportfm.az xəbər saytı

Doğma divarlar Yaponiyaya kömək etmədi -Tokio-2020


Futbol üzrə Meksika millisi Tokio-2020 Yay Olimpiya oyunlarında bürünc medal qazanıb.

Sportfm.az xəbər verir ki, şimali amerikalılar 3-cü yer uğrunda görüşdə Yaponiya seçməsini 3:1 hesabı ilə məğlub edib.

Meksikalıların heyətində qolları 13-cü dəqiqədə Sebastyan Kordova, 22-ci dəqiqədə Xoan Vaskes və 58-ci dəqiqədə Aleksis Veqa vurublar. Yaponiyanın yeganə qoluna isə 78-ci dəqiqədə Kaoru Mitoma imza atıb.

Qızıl medal urğunda qarşılaşma avqustun 7-də Braziliya ilə İspaniya kollektviləri arasında olacaq. Oyun Bakı vaxtı ilə saat 15.30-da başlayacaq.

Qeyd edək ki, Meksika millisi 2012-ci il London olimpiadasında Braziliya yığmasına 2:1 hesabı ilə qalib gələrək, olimpiya çempionu olub.

Oxşar xəbərlər

Braziliya millisi olimpiya çempionu oldu - Tokio-2020
Qızıl Kubokun sahibi Meksika yığması oldu
"Kral klubu"nu saxlamaq mümkün olmadı
Avropalılar Meksika yığması ilə bacarmadı - Konfederasiyalar Kuboku-2017
Rio-2016: Braziliya Olimpiya çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər