reklam
Rio-2016: Braziliya Olimpiya çempionu oldu
Sportfm.az xəbər saytı

Rio-2016: Braziliya Olimpiya çempionu oldu


Rio Olimpiadasında kişilərin futbol yarışına yekun vurulub. Sportfm.az xəbər verir ki, həlledici oyunda meydan sahibi Braziliya millisi Almaniya ilə qarşılaşıb. "Sambaçılar” Neymarın qolu ilə önə keçsə də, bu üstünlüyünü sonadək qoruyub saxlaya bilməyiblər. İkinci hissədə Meyer hesabı bərabərləşdirib. Matçın sonunadək bu hesab dəyişməyib. Əlavə 30 dəqiqədə də qol vurulmadığından, qalib oyunsonrası penaltilər seriyasında müəyyənləşib.
 
Burda isə daha dəqiq oynayan Braziliya tarixi ərzində ilk olimpiya "qızıl"ını qazanıb.
 
Rio-2016
Kişilər arasında futbol yarışı
Final
 
Braziliya - Almaniya 1:1 (pen-5:4) 
Qollar: Neymar, 27 - Meyer, 58
 

Oxşar xəbərlər

Argentina və Xorvatiya yarımfinalda - DÇ-2022
Braziliya millisi olimpiya çempionu oldu - Tokio-2020
Braziliya millisində yeni kapitan
Neymar daha Braziliya millisinin kapitanı olmayacaq
Amerika Kuboku: Argentina məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər