reklam
Avropa çempionatını izləyənlərin sayı -
Sportfm.az xəbər saytı

Avropa çempionatını izləyənlərin sayı -1 099 688 nəfər


Futbol üzrə Avropa çempionatının oyunlarını 11 stadionda ümumilikdə 1 099 688 nəfər izləyib.

Sportfm.az xəbər verir ki, tamaşaçılardan təqribən yarısı - 450 368 nəfər 15 pley-off qarşılaşmasında iştirak edib. Qalan 649 320 nəfər qrup mərhələsinin 36 görüşünə tamaşa edib.

Ən baxımlı oyun İtaliya - İngiltərə finalı olub. Bu görüşdə Londondakı "Uembli" stadionunun tribunalarında 67 173 tamaşaçı yer alıb. Eyni arenadakı yarımfinal görüşləri də izlənilmə sayı baxımından "ilk 3-lük"də yer alıb.

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyulda Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçirilib. 

Oxşar xəbərlər

Azərbaycanda son 10 ilin azarkeş rekordu - 12600 tamaşaçı
"Qarabağ"ın oyunu ikinci oldu - Avropada
"Qarabağ" birinci oldu - Azarkeşlərin sayına görə
Sumqayıt yenə birincidir
"Qəbələ"də "rekord" tamaşaçı sayı - 250 nəfər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər