Super Liqaya yüksəldilər, məşhur türkiyəli müğənnini sevindirdilər -FOTO
Futbol üzrə Türkiyə Super Liqasına yüksələn iki komandanın adına aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, "Giresunspor"la yanaşı növbəti mövsüm qardaş ölkənin futbol elitasında "Adana Dəmirspor"da mübarizə aparacaq. Adana şəhərinin təmsilçisi son turda "Menemenspor"u 4-1 məğlub edərək Türkiyə PTT Liqasını çempion olaraq başa vurub. 26 ildən sonra Super Liqaya geri dönən "mavi şimşəklər"i tanınmış mütəxəssis Samet Aybaba çalışdırır. Türkiyədə bu komandanın azarkeşi kimi tanınan məşhur müğənni Haluk Levent də könül verdiyi rənglərin uğuruna biganə qalmayıb. O özünün sosial şəbəkə hesabında "Adana Dəmirspor" forması ilə şəklini paylaşaraq "Bitiş düdüğünden sonraki halim" sözlərini yazıb.
Qeyd edək ki, Adana təmsilçisinin şərəfini məşhur futbolçu Gökhan İnler də qoruyur.
Oxşar xəbərlər
“Adana Dəmirspor” sanksiyalara məruz qaldı
"Beşiktaş" Adanada "dağıldı" - Super Liqa
"Adana Dəmirspor"da italyan mütəxəssis - Təyinat
Mario Balotelli Super Liqa klubunda - Müayinədən keçəcək
“Erzurumspor” 1 il sonra yenidən Super Liqada - Geri dönüş
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
"Turan" 3 xal qazandı - Premyer Liqa
-
Əvəzedicilər Liqasında bu gün 2 oyun keçirildi
-
Daha bir boksçumuz Avropa çempionudur
-
“Yuventus” Yıldızın satışından 150 milyon qazanacaq
-
AFFA yeni sayt istifadəyə verdi - Uşaq futbolu ilə bağlı















Misli Premyer Liqası