reklam
A Seriyasının yayım hüquqları satıldı -
Sportfm.az xəbər saytı

A Seriyasının yayım hüquqları satıldı -840 milyona


İtaliya Futbol Federasiyası A seriyasının 2021-2024-cü illər üçün yayım hüququnu DAZN şirkətinə satıb.

Sportfm.az xəbər verir ki, bu barədə “Football İtalia” nəşri məlumat yayıb. A Seriyası iştirakçıları arasında keçirilən səsvermədə 20 klubdan 16-sı matçların DAZN tərəfindən yayımlanmasını dəstəkləyib. Beləliklə, şirkət 2021-2024-cü illərdə çempionatın hər bir turunda 10 matçın hamısını yayımlaya biləcək. 

DAZN yayım hüquqlarının qarşılığında İtaliya Futbol Federasiyasına 840 milyon avro ödəyəcək.

Bunadək A seriyası matçlarını DAZN və “Sky İtalia” yayımlayırdı. Hazırda çempionatda lider “İnter” klubudur.

Oxşar xəbərlər

Türkiyə çempionatı ən bahalı liqalar sırasında - SİYAHI
La Liqadan 4,95 milyardlıq əməkdaşlıq - 5 illik
A Seriyasının bərpa tarixi açıqlandı
Ronaldo yeni müqaviləyə imza atdı
Premyer Liqanın yayım hüquqları fantastik qiymətə satıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər