Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ronaldo yeni müqaviləyə imza atdı
"Perform Group" korporasiyasına məxsus DAZN servisi "Yuventus"un futbolçusu Kriştiano Ronaldo ilə anlaşıb.
Sportfm.az xəbər verir ki, anlaşmanın müddəti 2,5 illikdir. Əməkdaşlığın maliyyə tərəfi barədə heç bir məlumat verilmir.
DAZN azarkeşlərə futbolu müxtəlif texnoloji vasitələrlə izləməyə şərait yaradan servisdi. Ronaldo məsələ ilə bağlı açıqlama verib:
"DAZN-in yeni texnologiyaları sayəsində dünya dəyişir. İdman azarkeşləri üçün baryerlər dağıdılır. İndi biz idmanı nə vaxt harda istəsək izləyə bilərik. Bu layihəyə qoşulmaq mənim üçün şərəfdi".
Kompaniya Ronaldonun imicindən Kanada, Yaponiya və Almaniyada DAZN şəbəkəsini inkişaf etdirmək üçün yararlanacaq.
Oxşar xəbərlər
Ronaldo yeni uğura imza atdı
A Seriyasının yayım hüquqları satıldı - 840 milyona
Kriştiano Ronaldo karantindən çıxdı
Ronaldo haqqında daha bir iddia - transfer olunur
Ronaldonun karyerasını bitirəcəyi klubun adı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası