"Çempionat oyunları bir-birindən ağır olacaq" -Rəşad Sadıqov
"Ayın 2-dən hazırlığı bərpa etmişik. 10 günlük toplanışımız var".
Sportfm.az xəbər verir ki, bu sözləri açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Qəsəbə təmsilçisinin çalışdırdığı qısamüddətli qış fasiləsini necə dəyərləndirliklərini incələyib: "Bu müddətdə "Qarabağ" və "Sumqayıt"la yoxlama oyunları keçirəcəyik.
Hər şey qaydasındadır, bütün futbolçular buradadır. Qış fasiləsi qısaldılıb, yanvarın 21-də çempionatın üçüncü dövrəsi start götürür.
Ona görə də əvvəlcədən tutduğumuz hazırlıq proqramında bir qədər dəyişiklik etməli olduq. Halbuki Antalyada iki həftəlik toplanış keçməyi düşünürdük.
Koronavirus pandemiyasına görə Bakıda qalmalıyıq. Müddət az oldu deyə, heç 3-4 yoxlama görüşü də keçirə bilmirik.
Çempionat oyunları da bir-birindən ağır olacaq. Bizi qarşıdakı ilk turda "Qəbələ" ilə çox məsuliyyətli oyun gözləyir.
Mən hələ çempionatın ilk günlərindən "Qəbələ"nin gücü haqda danışırdım, deyirdim ki, çempionatın ən maraqlı futbol oynayan komandadarından biridir.
Baxırsan ki, məğlub olduqları oyunlarda belə, xeyli qol epizodu yaradırlar, gözəl futbol nümayiş etdirirlər. Odur ki, onlarla oyuna çox ciddi hazırlaşırıq.
Kifayət qədər diqqətli olmalıyıq. "Qəbələ"yə qarşı layiqli mübarizə aparmaq üçün ayın 21-dək optimal forma yığmalıyıq". (Sportinfo.az)
Oxşar xəbərlər
"Sumqayıt"ın hazırlıq planı məlum oldu - İki yoxlama oyunu keçirəcək
"Qəbələ" “Qarabağ”la layiqli mübarizə aparmaq gücündədir" - Elmar Baxşıyev
"Çempionatın keçirilməsinin tərəfdarıyam" - Elmar Baxşıyev
"Bu, əvvəlki "Sumqayıt" deyil" - Rail Məlikov
"Əsas rəqiblərimiz hələ qarşıdadır" - Aftandil Hacıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası