reklam
Sportfm.az xəbər saytı

"Bu, əvvəlki "Sumqayıt" deyil" -Rail Məlikov


«Yeni ilin hazırlığına Bakıda başlayıb, Türkiyədə bitirdik».  

Sportfm.az xəbər verir ki, bu sözləri açıqlamasında «Sumqayıt»ın müdafiəçisi Rail Məlikov deyib. 

Komandanın qış fasiləsini necə keçirməsi haqda danışan təcrübəli futbolçu daha da iddialı duruma gəldiklərini bildirib: 

«Antalyaya fiziki cəhətdən artırmaq üçün yollanmışdıq. Komandanın qışadək olan fiziki durumu göz qabağında idi. Çox axsayırdıq. 

Taktiki və fiziki məşqlərin üzərində işlədik. Nə çatışmırdısa, onları da analiz elədik. Hələ deməzdim ki, hamısı 100 faiz həll olunub. 

Bunu baş məşqçimizin özü də deyib. Antalyada hava şəraitinin kəskin pisləşməsi bizə də problem yaradırdı. Ancaq boş durmadıq, vaxtı elə-belə keçirmədik.  

Çempionatın başlamasına bir neçə gün qalıb. «Qəbələ» ilə oyunadək bunları da aradan qaldırmağa çalışacağıq. 

Klub rəhbərliyi əlindən gələni etdi ki, ikinci dövrəyə ən yüksək səviyyədə hazırlaşaq. İnanıram ki, birinci oyundan başlayaraq hər şey öz yerini alacaq. Bu, əvvəlki «Sumqayıt» deyil. Komandamıza yeni futbolçular da qoşulub.  Onların da bizə böyük köməyi dəyəcək».(sportinfo.az)

Oxşar xəbərlər

U-16 Liqası: "Bürünc""Neftçi"!
"Viləş" Masallıda bərabərə qaldı
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
U-16 Liqası: «Keşlə» autsayderə qalib gələ bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər