Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“İstefa verməyi düşünmürəm" -Zinəddin Zidan
“Real”ın baş məşqçisi Zinəddin Zidan istefa verəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Şaxtyor”a məğlub olduqları matçdan (0:2) sonra açıqlamasında komandadan getməyəcəyini deyib:
“İstefa verməyəcəyəm. Belə bir şeyi düşünmürəm. Çətin zamanlar keçiririk. İstədiyimiz nəticələri əldə edə bilmirik. Amma davam etmək məcburiyyətindəyik”.
Qeyd edək ki, Madrid təmsilçisi B qrupunda 7 xalla 3-cüdür. La Liqada 3 həftədir qalib gələ bilməyən “kral klubu” 17 xalla 4-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
“Real”dan antirekord - Çempionlar Liqasında
Zidan Madrid klubunun tarixinə düşdü
Türkiyədə baş məşqçi istefası
Şenol Günəşdən istefa açıqlaması gəldi
Baş məşqçilərin reytinq siyahısı açıqlandı - Qurban Qurbanov neçənci sırada yer aldı?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası