reklam
DÇ-2002-nin ilk qolunun müəllifi dünyasını dəyişdi -
Sportfm.az xəbər saytı

DÇ-2002-nin ilk qolunun müəllifi dünyasını dəyişdi -42 yaşında


Seneqal milli komandasının sabiq futbolçusu Papa Buba Diop 42 yaşında vəfat edib.

Sportfm.az xəbər verir ki, buna uzun sürən xəstəlik səbəb olub.

Keçmiş yarımmüdafiəçi Avropada Fransanın "Lans", İngiltərənin "Fulhem" və "Portsmut" kimi komandalarının formasını geyinib. O, yığmada 63 oyuna 11 qol vurub. Millidə isə Diop DÇ-2002-də 3 dəfə fərqlənib. Həmin qollardan biri açılış matçında dünya çempionu Fransa ilə qarşılaşmaya təsadüf edib - 1:0. Seneqal yığması debüt etdiyi mundialda 1/4 finaladək irəliləyib. Komandanın qarşısını əlavə vaxtda İlhan Mansızın qolu ilə Türkiyə kəsib - 0:1.

Diop habelə 4 dəfə Afrika Millətlər Kubokunda iştirak edib və bunlardan birində - 2002-ci ildə gümüş medal qazanıb.

Oxşar xəbərlər

Yalnız bir klubun formasını geyinmiş dünya çempionu dünyasını dəyişdi - 84 yaşında
Futbolçunun adı stadiona veriləcək - Yenilik
PSJ-nin ilk qolunun müəllifi dünyasını dəyişdi - 73 yaşında
Kafunun oğlu dünyasını dəyişdi - FOTO
Futbol üzrə DÇ-2018-in daha bir iştirakçısı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər