reklam
Sportfm.az xəbər saytı

"Özünü yaxşı hiss etməyən futbolçularımız var" -Aftandil Hacıyev


"Hələ koronavirus testlərinin nəticələrini gözləyirik. Sabahadək bütün cavabları alacağıq. Özünü yaxşı hiss etməyən futbolçular var. Amma testin cavabı çıxmamış bunun koronavirusla bağlı olduğunu deyə bilmərik. Gözləmək lazımdır".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Səbail" komandasının baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ"la keçirəcəkləri matçdan öncə deyib.

39 yaşlı mütəxəssis mövcud durumda Ağdam təmsilçisi ilə görüş barədə danışa bilməyəcəyini söyləyib: "Belə vəziyyətdə bizi daha çox oyunçuların sağlamlığı düşündürür. Hansısa matç haqqında danışmaq çətindir".

Hacıyev "Qarabağ"la qarşılaşmanın təxirə salınma ehtimalını istisna etməyib: "Heyətimiz geniş deyil. Testlərin cavabından çox şey asılıdır. Nəticələri gözləmək lazımdır. Nəzərə almalıyıq ki, əvəzedici komandamız da yoxdur. Bu səbəbdən, mütləq oyuna çıxacağımızı demək çətindir. Bəzi futbolçuların cavablarını almışıq, neqativdir. Digərlərini isə gözləyirik".

Qeyd edək ki, noyabrın 29-da keçirilməli olan "Səbail" - "Qarabağ" matçının saat 16:00-da başlaması nəzərdə tutulur. Daha əvvəl "Səbail"də bir neçə futbolçunun koronavirus testi müsbət çıxıb.

Bu komandalar arasında ilk dövrdəki görüş Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlara daha yaxşı hazırlaşması məqsədi təxirə salınmışdı. Oyun 2021-ci il fevralın 8-də keçiriləcək. (report)

Oxşar xəbərlər

Laurentsiu Regekampf narazıdır: "Hazırlıq yaxşı getmir"
"İki 90 dəqiqənin gücünü sərf etdik" - Aftandil Hacıyev
Qurbanovdan transfer açıqlaması - "Qış dönəmində transfer etmək asan deyil"
“Qarabağ” – “Səbail” oyunu təxirə salındı
"Neftçi"nin təhlükəli futbolçuları var" - Aftandil Hacıyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər