Baş məşqçiyə qarşı araşdırmalar başlanıldı -Video yayımladı
İrlandiya Futbol Assosiasiyası (FAI) milli komandanın baş məşqçisi Stiven Kenniyə qarşı araşdırmalara başlayıb.
Sportfm.az xəbər verir ki, buna 49 yaşlı mütəxəssisin İngiltərə ilə yoldaşlıq görüşündən öncə futbolçulara rəqib əleyhinə siyasi xarakterli motivasiya videosu nümayiş etdirməsi səbəb olub. Görüntülərdə İngiltərə ilə tarixi münasibətlər əksini tapıb. Kadrların bir hissəsi İrlandiya tarixindəki həlledici hadisələrə - 1916-cı il üsyanına və Respublikanın qurulmasına həsr olunub. Digər hissədə isə futboldakı qələbələr yer alıb.
Videoçarx futbolçular və məşqçi heyətinə oyun günü - noyabrın 12-də göstərilib.
Qeyd edək ki, yoldaşlıq görüşü İngiltərə millisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Yığmamızın yoldaşlıq oyunu ləğv edildi
İrlandiya millisinin iki futbolçusu təcrid olundu - Matçda iştirakları sual altındadır
İngiltərə Futbol Assosiasiyası cərimələndi - AVRO-2020
Rəqibin üzünə tüpürdü, onu ciddi cəza gözləyir
"Qlazqo Reyncers"in futbolçusu Bakıya gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası