reklam
Çempionlar Liqasının matçına azarkeşlər buraxılacaq -
Sportfm.az xəbər saytı

Çempionlar Liqasının matçına azarkeşlər buraxılacaq -"Dinamo" - "Yuventus"


UEFA Çempionlar Liqasında Ukraynanın "Dinamo" və İtaliyanın "Yuventus" komandaları arasındakı matç azarkeşlərin iştirakı ilə keçiriləcək.

Sportfm.az xəbər verir ki, azarkeşlər oyunun təşkil olunacağı "Olimpiyski" stadionuna iki saat tez - Bakı vaxtı ilə saat 18:55-dən etibarən daxil ola biləcəklər. 

Biletlər isə adlı olacaq. Şəxsiyyəti təsdiq etmək üçün azarkeşlər özləri ilə fotolu bank kartı və ya pasport, xarici pasport, yaxud sürücülük vəsiqəsi gətirməlidirlər. Tamaşaçı sayına isə məhdudiyyət qoyulmayacaq.

Qeyd edək ki, bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

Oxşar xəbərlər

Finalda azarkeşlər olmayacaq - Qərar dəyişdirildi
"Qarabağ" azarkeşlərə jest etdi
Azarkeşlər Olimpiya Stadionuna rahat gəlib-gedəcək
Çempionlar Liqasının oyunlarının vaxtı dəyişdirildi
Çempionlar Liqasında matçların vaxtı dəyişir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər