Böyük Dəbilqə yarışı ləğv olundu -Olimpiadaya görə
Bu ilin dekabrında Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan Dünya Cüdo Turunun mərhələsi - Böyük Dəbilqə yarışı ləğv edilib.
Sportfm.az xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub.
IJF bəyan edib ki, pandemiya ilə bağlı qeyri-müəyyənlik, eləcə də Yaponiyada Yay Olimpiya Oyunlarının keçirilməsi bu ölkədə idman tədbirlərini planlaşdırarkən xüsusən ehtiyatlı olmağı tələb edir.
Əvəzində qurum Macarıstan və Qətərdəki Dünya Cüdo Turunun digər mərhələlərini təşkil edəcək.
Yarışlar Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq. Olimpiada 2021-ci il 23 İyul - 8 avqustda gerçəkləşəcək.
Qeyd edək ki, bu il Bakıda cüdo üzrə Böyük Dəbilqənin təşkili nəzərdə tutulurdu. Lakin yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.
Oxşar xəbərlər
Bakıdakı Böyük Dəbilqə yarışı bərpa olundu
Dünya Kuboku ləğv edildi - Gimnastika üzrə
Bakıda Böyük Dəbilqə keçirilməyəcək - Səbəb açıqlandı
Millimizin qatılacağı yarışların vaxtı bilindi
Olimpiadada futbol yarışlarının vaxtı məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
"Turan" 3 xal qazandı - Premyer Liqa















Misli Premyer Liqası