reklam
Sportfm.az xəbər saytı

"Rüfət təriflərə layiq oyunçudur" -Baş məşqçi


ABŞ-ın “Finiks Rayzinq” klubunun baş məşqçisi Rik Şantz futbolçusu Rüfət Dadaşovu tərifləyib.

Sportfm.az xəbər verir ki, o, ABŞ Milli Futbol Liqasının (USL) 12-ci turunda "Las-Veqas Layts" oyunda (5:1) 1 qol vurub, 2 qolun ötürməsini verən millimizin hücumçusundan razı olduğunu deyib:

“Rüfət çox inkişaf edib. O, meydanda nə edəcəyini yaxşı bilir. Bu bizim üçün çox vacibdir. Rüfətin ən çox xoşuma gələn xüsusiyyəti daim hərəkətdə olması, müdafiə xəttini narahat etməyə çalışmasıdır. Dadaşov qapıçıya təzyiq göstərir, hücum zamanı cinah oyunçularımızın boş zona tapmasına şərait yaradır. Son dərəcə ağıllı və əsl bitiricidir. Rüfət təriflərə layiq oyunçudur”.

Qeyd edək ki, R.Dadaşov 12-ci turun rəmzi komandasında yer alıb.

Oxşar xəbərlər

Dadaşov qol vurdu, komandası qələbəyə sevindi - 5:0
Yığmamızın oyunçusu rəmzi komandaya düşdü - ABŞ-da
Rüfət Dadaşov dubl etdi, komandası qələbə qazandı - ABŞ-da
Dadaşov azarkeşlər qarşısında oynayacaq - ABŞ-da
Azərbaycanlı hücumçu Las-Veqasda diqqət çəkdi - Qol və məhsuldar ötürmə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər