reklam
Dadaşov azarkeşlər qarşısında oynayacaq -
Sportfm.az xəbər saytı

Dadaşov azarkeşlər qarşısında oynayacaq -ABŞ-da


Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ klubu "Finiks Rayzinq"in matçında uzun müddətdən sonra azarkeşlər olacaq. 
Sportfm.az xəbər verir ki, Arizona təmsilçisinin ABŞ Milli Futbol Liqasının (USL) növbəti turunda "Las-Veqas Layts"a qarşı keçirəcəyi matçında minə yaxın fanat iştirak edə biləcək.
Həmin azarkeşlər mövsümi abunə kartına sahib olanlardır. Bu isə Arizonada uzun fasilədən sonra ilk dəfə azarkeşlərin stadionlara buraxılması ilə əlamətdar olacaq. 
"Finiks Rayzinq" -  "Las-Veqas Layts" matçı sentyabrın 12-də Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

Oxşar xəbərlər

Dadaşov qol vurdu, komandası qələbəyə sevindi - 5:0
Millimizin futbolçusundan növbəti qol - ABŞ Liqası
Azərbaycanlı hücumçu Las-Veqasda diqqət çəkdi - Qol və məhsuldar ötürmə
Millimizin hücumçusu növbəti qolunu vurdu - VİDEO
Rüfət Dadaşovun komandası növbəti qələbəsini qazandı - ABŞ-da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər