"Zirə"nin "Səbail"lə 12-ci dueli
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Azərbaycan Premyer Liqasında II turun oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, “Zirə” mövsümdə ikinci qarşılaşmasında “Səbail”lə görüşəcək. İlk turda səfərdə “Qəbələ” ilə heç-heçə edən (1:1) “qartallar” yenə rəqib meydanında qüvvəsini sınayacaq.
“ASCO Arena”da baş tutacaq oyun komandaların ölkə çempionatında 12-ci dueli olacaq. “Zirə” Premyer Liqada 11 dəfə “Səbail”lə üz-üzə gəlib. Paytaxt klubları ilk dəfə 2017/18 mövsümündə görüşüb. Hesabında 6 qələbə olan “qartallar” 2 görüşdən bir xalla ayrılıb. 3 matçda isə “Səbail” qalib gəlib. Son iki qarşılaşmada inamlı qələbələr qazanan qəsəbə təmsilçisi top fərqində də üstünlüyə malikdir – 15:7. “Qartallar”ın heyətində 13 futbolçu qol sevinci yaşayıb.
“Zirə”nin üstünlüyü səfər oyunlarında da müşahidə olunur. Baş tutan 6 matçda 4 dəfə üç xala sevinən “qartallar” səfərdən iki dəfə məğlub ayrılıb. Aktivində 7 qol olan “Zirə” futbolçuları iki top buraxıb.
Oxşar xəbərlər
“Səbail”lə “Zirə”nin 11-ci dueli
"Zirə"nin "Səbail"lə 10-cu dueli
"Zirə"nin "Neftçi" üstünlüyü - STATİSTİKA
"Zirə" - "Neftçi": 15-ci duel
"Zirə"nin "Səbail"lə yeddinci dueli
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Oyunların vaxtı açıqlandı - Azərbaycan kuboku















Misli Premyer Liqası