"Zirə"nin "Səbail"lə 10-cu dueli
Bu həftə Premyer Liqada mövsümün ilk yarısına yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, “Zirə” 2019-cu ilin sonuncu – 14-cü turunda “Səbail”lə qarşılaşacaq. “Qartallar”ın ev oyunu rəqiblər arasında yubiley – 10-cu çempionat qarşılaşması olacaq.
İlk dəfə 2017/18 mövsümündə görüşən komandalar indiyədək 9 dəfə üz-üzə gəlib. Bu matçlarda üstünlük “Zirə”nin tərəfindədir. 4 qələbəsi olan “qartallar” 2 heç-heçə edib və 3 dəfə uduzub. Bu məğlubiyyətlərdən biri texniki nəticə olub. 13 qolun vurulduğu matçlarda top fərqi də “Zirə”nin xeyrinədir – 8:5. “Səbail”lə qarşılaşmalarda 7 “Zirə”li qol sevinci yaşayıb. Xulio Sezar Rodriqez rəqib qapısına 2 dəfə yol tapıb.
5-ci dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək “Zirə” əvvəlki 4 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib. Ev oyunundan yalnız bir dəfə xalsız ayrılan “qartallar”, 4 qol vurduğu matçlarda eyni sayda top buraxıb.
Dekabrın 8-də keçiriləcək “Zirə” – “Səbail” matçı saat 15:00-da start götürəcək.
Oxşar xəbərlər
“Zirə” – “Neftçi”: 20-ci duel
“Zirə”nin “Səbail”lə 13-cü qarşılaşması - Premyer Liqa
“Səbail”lə “Zirə”nin 11-ci dueli
"Zirə" - "Neftçi": 15-ci duel
"Zirə"nin "Səbail"lə yeddinci dueli
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası