reklam
Sportfm.az xəbər saytı

"Bu formanı geyindiyim üçün qürur duyuram" -Rəhim Sadıxov


"Sumqayıt"ın futbolçusu Rəhim Sadıxov Azərbaycan millisinin heyətində keçirdiyi ilk oyun barədə fikirlərini bölüşüb.

Sportfm.az xəbər verir ki, şəxsi "Instagram" səhifəsində paylaşım edən 24 yaşlı futbolçu yığmanın formasını geyindiyi üçün qürur duyduğunu yazıb.

O, vacib qələbələrin hələ qarşıda olduğunu qeyd edib: "Bütün azarkeşlərə və bizə hər bir halda dəstək verən, narahat olan və inananlara təşəkkür etmək istəyirəm. Damarımda Azərbaycan qanı axarkən bu komandanın formasını geyindiyim üçün qürur duyuram. Əminəm ki, daha vacib qələbələr hələ qarşıdadır!".

Qeyd edək ki, R.Sadıxov UEFA Millətlər Liqasının II turunun Kiprlə səfər oyununda (1:0) meydana çıxaraq Azərbaycan yığmasında debüt edib.

Oxşar xəbərlər

"Qarabağ"ın futbolçusu: "Qürur duyuram"
"Maradonanın formasını geyindiyim üçün utanıram" - Canni De Byazi
Donald Gerye yığmadakı karyerasını başa vurdu
"Sumqayıt" müqavilə yenilədi - Rəhim Sadıxov klubda qaldı
"Səbail"in kapitanı 27 yaşında futboldan getdi - Qəribə olay

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər