reklam
Millimizin seçmə mərhələdəki görüşlərinin yeni tarixi açıqlandı
Sportfm.az xəbər saytı

Millimizin seçmə mərhələdəki görüşlərinin yeni tarixi açıqlandı


19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin AVRO-2021-in ilkin seçmə mərhələsindəki oyunlarının yeni tarixi açıqlanıb.

Sportfm.az xəbər verir ki, 7-ci qrupda yer alan yığma ilk görüşünü noyabrın 25-də İsveçə qarşı keçirəcək.

Vüqar Əsgərlinin başçılıq etdiyi komanda ikinci sınağında Belçika ilə üz-üzə gələcək. Həmin qarşılaşma noyabrın 28-də olacaq.

Azərbaycan millisi qrupdakı sonuncu matçında isə Kiprlə oynayacaq. Görüş dekabrın 1-də keçiriləcək.

Qeyd edək ki, 7-ci qrupun oyunları Belçikada olacaq. UEFA daha əvvəl matçların oktyabrın 19-dan 27-dək təşkil ediləcəyini açıqlasa da, daha sonra koronavirus pandemiyası səbəbindən oyunları təxirə salmışdı.

 

Oxşar xəbərlər

İsrail millisinin təxirə salınmış oyunlarının vaxtı açıqlandı
Millilərimizin rəqibləri açıqlandı - Avropa çempionatı
İspaniya millisinin meydana çıxacağı vaxt məlum oldu
Almaniya, Belçika və İsveç Azərbaycanın rəqibləri oldu
Millilərimizin rəqibləri məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər