Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güclü “Valensyenn”i gücləndirdi -Transfer
Fransanın “Renn” klubunun və Türkiyənin gənclərdən ibarət yığmasının hücumçusu Metehan Güclü iş yerini dəyişib.
Sportfm.az xəbər verir ki, 21 yaşlı futbolçu növbəti mövsümü Liqa 2-də mübarizə aparan “Valensyenn” klubunda keçirəcək.
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Liqa 1 təmsilçisi gənc futbolçusunu bir illik icarəyə verib. Müqavilədə satınalma şərtinin olmadığı da diqqətə çatdırılıb.
PSJ-nin yetirməsi olan Metehan paytaxt klubunun əsas komandasında 2018/19 mövsümündə bir oyuna çıxmış, hətta qol da vurmuşdu. Ötən yay isə o, “Renn”ə transfer olmuşdu.
Oxşar xəbərlər
“Ankaragücü” “Napoli”nin futbolçusunu aldı
Flavio Trabzondan getdi - İcarəyə
"Trabzonspor"da braziliyalı futbolçu - Transfer
"Ayaks"dan "Lill"ə - Transfer
"Başakşəhər"dən vacib transfer - Berkay klubda qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası