Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Final matçı Xarkovda olacaq -Qərar
Futbol üzrə Ukrayna Kubokunda final matçının yeri dəyişdirilib.
Sportfm.az xəbər verir ki, həlledici qarşılaşma iyulun 8-də Lvovda yox, Xarkovdakı "Metallist" stadionunda təşkil olunacaq. Səbəb kimi Lvov vilayətində koronavirusla bağlı vəziyyətin qeyri-qənaətbəxş olması göstərilib.
Daha əvvəl eyni səbəbdən, final görüşü Ternopoldan Lvova keçirilmişdi. Bu səbəbdən, Ternopol həlledici qarşılaşmaya gələn mövsüm ev sahibliyi edəcək.
Qeyd edək ki, final matçında "Vorskla" ilə Kiyev "Dinamo"su üz-üzə gələcək. Poltava təmsilçisinin baş məşqçisi 2018-ci ildə "Keşlə"yə Azərbaycan Kubokunu qazandırmış Yuri Maksimovdur.
Oxşar xəbərlər
Kiyev "Dinamo"su növbəti kubokunu qazandı
Almaniya kubokunda final oyunlarının vaxtı açıqlandı
UEFA Ukrayna klubuna Xarkovda matç keçirməyə icazə verdi
UEFA dediyindən döndü - "Vorskla" - "Arsenal" matçının yeri dəyişdirildi
Kubokun final matçı harada keçiriləcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası