AFFA, PFL və "Qarabağ"ın ayıbı -SÖZARDI
"2019/2020-ci illər mövsümünün qalibi elan edilmiş “Qarabağ” klubuna çempionluq kuboku və qızıl medalların təqdimatının vaxtı və planında müəyyən dəyişiklik edilib. Tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi 20:50-də deyil, 19:00-da başlanacaq və canlı yayımlanmayacaq, KİV nümayəndələri üçün qapalı olacaq".
Yəqin ki, Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı yuxarıdakı bu məlumatda yazılanlar hamıya aydındı. Elə mərasimdə planlaşdırıldığı vaxt baş tutub və həqiqətən də pandemiya davam etdiyi bir dönəmdə bütün lazımi sanitar qaydalara da əməl edilib. Tədbirdən paylaşılan şəkillərdən açıq-aşkar görünür ki, PFL işinin öhdəsindən layiqincə gəlib. Amma və lakin...
Azərbaycan Premyer Liqasının qalibinin mükafatlandırma mərasiminin mətbuata qapalı olacağı PFL tərəfindən elan edilmişdi. Ancaq, təəssüflər olsun ki, deyilənlərə görə, elə həmin qurumun rəsmilərinin gözü qarşısında "Qarabağ" bir neçə jurnalistin "bağlı qapılar" arxasında baş tutan tədbirdə iştirakını təmin edərək, Azərbaycan futboluna, ölkə mediasına, qanunlara və elə PFL-in özünə qarşı hörmətsizlik edib. Belə görünür ki, uzun illərdir "Qarabağ" Avropanın yaşıl meydanlarında çıxış etsə də, heç vaxt avropalı olmayacaq. Düşüncə tərzi, təfəkkür kasadlığı bir yana, onun qardaşı, bunun dostu prinsipləri ilə hərəkət edən klub rəhbərliyi bu gedişlə mükəmməlliyə heç vaxt nail ola bilməyəcək.
Unutmadan - deyilənlərə görə, tədbirdə AFFA-dan heç bir nümayəndə iştirak etməyib. Əgər belədirsə, həqiqətən biabırçılıqdı.
Araz Əhmədov
Oxşar xəbərlər
"Neftçi" - "Qarabağ" matçının vaxtı dəyişdirildi - Misli Premyer Liqası
PFl püşkatma keçirəcək - Qapalı şəraitdə
"Qarabağ"ı Musayev təltif edəcək - PFL-dən açıqlama
“Qarabağ” çempion elan ediləcəkmi? - UEFA məsələyə baxır
"Qarabağ" - "Neftçi" oyununun vaxtı dəyişdiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası