reklam
Azarkeş UEFA-nı və hakimi məhkəməyə verib
Sportfm.az xəbər saytı

Azarkeş UEFA-nı və hakimi məhkəməyə verib


İspaniyanın "Atletiko" klubunun azarkeşi Joze Antonio Kampon ingiltərəli hakim Mark Klattenburq və UEFA-dan şikayət edib. Sportfm.az xəbər verir ki, o, şikayət ərizəsində Çempionlar Liqasında "Atletiko" və "Real Madrid" klubları arasında keçirilmiş final qarşılaşmasında rəqib komandanın müdafiəçisi Serxio Ramosun vurduğu qolun ofsayt olduğunu bildirib. "Atletiko" klubunun azarkeşi 160 avronun bilet pulu, 1 500 avronun isə ona dəymiş mənəvi zərər olduğunu qeyd edərək 1 660 avro təzminat ödənilməsini istəyib.
Qeyd edək ki, bu il mayın 28-də İtaliyanın Milan şəhərində keçirilmiş Çempionlar Liqasının final matçında "Real" Madrid klubunun futbolçusu Serxio Ramos 15-ci dəqqiqədə hesabı açıb. 79-cu dəqiqədə isə "Atletiko" komandasının oyunçusu Yannikk Karraskonun vurduğu qolla hesabda bərabərlik yaranıb. Penaltilər seriyasında isə "kral klubu" 5:3 hesabı ilə qalib gələrək kuboka sahib olub.

Oxşar xəbərlər

"Real"dan qələbə, "Milan"dan bərabərlik - Çempionlar Liqası
"Atletiko" - "Real Madrid" oyununda bərabərlik - La Liqa
"Real Madrid"in kapitanı müqaviləsinin ləğvini istədi
Super Kuboku "Atletiko" qazandı - VİDEO
Çempionlar Liqasının 12 ən yaxşı futbolçusu müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər