reklam
Avrokuboklarda yenilik -
Sportfm.az xəbər saytı

Avrokuboklarda yenilik -5 əvəzetmə olacaq


UEFA Çempionlar Liqası və Avropa Liqasında mübarizəni davam etdirən klublar matç ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.

Sportfm.az xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Bu, koronavirus pandemiyasına görə yaranmış çətinliklərlə əlaqədar müvəqqəti – bu mövsümün sonuna qədər tətbiq olunacaq.

Həmçinin komandaların UEFA-ya göndərdiyi iştirak ərizəsinə daha 3 futbolçunun əlavə olunmasına icazə verilib. Lakin həmin futbolçular klubun özünə məxsus olmalıdır. Siyahıda 25-dən çox oyunçunun adı olmamalıdır.

Qeyd edək ki, Çempionlar Liqası 1/4 final mərhələsindən etibarən Portuqaliyanın Lissabon (12-23 avqust), Avropa Liqası isə Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində (10-21 avqust) keçiriləcək.

Oxşar xəbərlər

Premyer Liqada 5 əvəzetməyə icazə verildi
Çempionlar Liqasının təqvimi açıqlandı - Təxmini tarixlər
Çempionlar Liqasında VAR sistemi tətbiq olunacaqmı? - Günün sualı
Klublarımız avrokuboklarda 4 əvəzetmə edəcək - Rəsmi
UEFA-dan avrokuboklarla bağlı inqilabi dəyişikliklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər