Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Bavariya"nın yeni prezidenti seçildi
Uli Höness yenidən "Bavariya”nın prezidenti seçilib. Komanda.az xəbər verir ki, Höness hər il keçirilən iclasdakı səsvermənin nəticələrinə görə, əvvəlki postuna qayıdıb. 64 yaşlı Höness bu vəzifəyə yeganə namizəd idi. Səsvermədə iştirak edən şəxsləriin 98,5 faizi ona səs verib. Höness 2014-cü ilin mart ayında ona qarşı vergidən yayınma ittihamları irəli sürüldüyünə görə vəzifəsindən istefa vermişdi.
O, üç il yarım azadlıqdan məhrum edilmiş və həbsxanadan bu ilin fevral ayında, vaxtından əvvəl çıxmışdı. Bu müddətdə "Bavariya”nın prezidenti postunu Karl Xopfner tutmuşdu.
Oxşar xəbərlər
Şevçenko Futbol Federasiyasının prezidenti oldu
İnfantino yenidən FİFA prezidenti seçildi
40 illik prezident postundan getdi
Türkiyə futbolu üçün önəmli məqam - Yeni prezident seçildi
“Bavariya”da gözlənilməz istefa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası