"Virus futbola 2-3 il təsir edəcək" -UEFA İcraiyyə Komitəsənin üzvü
UEFA İcraiyyə Komitəsənin üzvü Lars-Krister Olsson koronavirus pandemiyasının futbola bir neçə il təsir edəcəyini açıqlayıb.
Sportfm.az xəbər verir ki, qitə qurumunun isveçli rəsmisi pandemiyanın 2022-ci ildə keçiriləcək dünya çepionatına da təsir edəcəyini düşündüyünü dilə gətirib:
"Məncə, virus futbola 2-3 il təsir edəcək. COVID-19 ilə bağlı vəziyyət indikindən daha ciddi şəkildə olsa, beynəlxalq təqvimlərdə böyük problem olacaq. Bəzi yarışlar bir il təxirə salındı. DÇ-2022 yayda deyil, mövsümün gedişində keçiriləcəyi üçün daxili və beynəlxalq çempionatlardakı təqvimləri sərtləşdirmək lazım olacaq".
Qətərdə keçiriləcək mundial 2022-ci ilin noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.
Oxşar xəbərlər
FIFA futbola sərmayəni artırdı - 5 dəfə
“Futbol əvvəlki kimi olmayacaq” – Messi
“Konfrans Liqası təxirə salınmayacaq” - Çeferin
Qış olimpiadası təsirə məruz qalmayacaq - AÇIQLAMA
Zaur Svanadze:"Onların gedişi ciddi təsir edib"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası