"Bu vəziyyətdə futbol oynamaq mümkün deyil" -UEFA
UEFA koronavirus pandemiyasına görə yarımçıq dayandırılan milli çempionatlar və avrokuboklarla bağlı yekun qərarını mayın 27-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında verəcək.
Sportfm.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun vitse-prezidenti Karl-Erik Nilsson "Fotbollskanalen"ə açıqlamasında deyib.
UEFA rəsmisi bildirib ki, əsas məqsəd yarışların başa çatdırılmasıdır: "Amma Belçika və Şotlandiyadan siqnal almışıq. UEFA bütün milli assosiasiyalardan liqaların bərpasının mümkünlüyü barədə hesabat xahiş etdi. Əsas problem avrokubok yarışlarını qəbul edəcək ölkələrlə bağlıdır. Bu məsələ İcraiyyə Komitəsinin qarşıdakı iclasında qaldırılacaq. Həmin vaxt bütün suallara aydınlıq gələcək".
K.E.Nilsson bugünkü videokonfransda liqaların hansı tarixdə bərpasının müzakirə olunmadığını söyləyib: "Vəziyyət hər ölkədə eyni deyil, bir-birindən kəskin fərqlənir. Necə hərəkət edəcəyimizə dair təsvir və hesabat olmalıdır. Hökumətin tətbiq etdiyi qadağalar çempionatların başa çatdırılmasına mane ola bilər. Amma biz istəyirik ki, UEFA bu məlumatı alsın. Çünki hazırda bizdə informasiya yoxdur. Bununla belə, Belçika və Şotlandiya kimi ölkələrdə oyunları yekunlaşdırmaqla bağlı problem olduğunu bilirik".
Oxşar xəbərlər
Elxan Məmmədov hesabat verdi - İcraiyyə Komitəsinin iclasında
AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərlə bağlı açıqlama
Milli assosiasiyalardan hesabat tələb edilməyəcək - UEFA tələbləri yumşaltdı
PFL-dən Premyer Liqa ilə bağlı açıqlama - RƏSMİ
Liqaların bərpasının ilkin tarixi bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası