Mbappe İspaniya klubuna keçirdi -Koronavirus mane oldu
Fransa millisi keçmiş yarımmüdafiəçisi Jerom Roten PSJ-nin hücumçusu Kilian Mbappenin koronavirus pandemiyasına görə "Real"a transferinin baş tutmadığını açıqlayıb.
Sportfm.az xəbər verir ki, "Monako" və PSJ kimi klublarda oynamış keçmiş futbolçu tərəflərin hətta anlaşdığını bildirib:
"Kluba yaxın olan mənbələrinmə istinadən söyləyə bilərəm ki, Mbappe "Real"la anlaşmışdı. Ancaq koronavirusa görə transferin gerçəkləşməyəcək. Kilianın PSJ ilə müqaviləsi 2022-ci ildə bitəcək. Onun parislilərlə müqaviləni yeniləcəyi gözlənilmir".
Jerom Roten Antuan Qrizzmanın "Atletiko"da çıxış edərkən "Barselona"ya keçəcəyini öncədən açıqlamışdı.
PSJ Mbappeni 2017-ci ildə "Monako"dan 180 milyon avroya transfer etmişdi. 21 yaşlı futbolçu bu mövsüm 33 oyunda 30 qol vurub.
Oxşar xəbərlər
Kilian Mbappe etiraf etdi - "Real Madrid"də oynamaq istəyir
Mbappenin qiyməti açıqlandı - 200 milyon
"Real"dan Mbappe üçün fantastik məbləğ
Mbappe üçün rekord qiymət - İspanlar futbolçunu "tələyə salıb"
Futbol tarixinin ən bahalı transferi reallaşdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası