Emre Belözoğlu Avropa çempionatında oynamayacaq -Karyerasını başa vurur
Türkiyə millisinin və "Fənərbaxça" klubunun futbolçusu Emre Belözoğlu mövsümün sonunda karyerasını başa vuracaq.
Sportfm.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinə 40 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib.
O, AVRO-2020-də iştirak etmək istədiyini, amma bu il baş tutmadığı üçün məyus olduğunu bildirib: "Avropa çempionatında oynamağı çox istədim. Amma qismət olmadı. Özümə görə nə qədər məyusamsa, hazırda zədəli olan dostlarım üçün bir o qədər sevinirəm. 2021-ci ildə hamısı oynayacaq və dünya onların sayəsində Türkiyədən danışacaq. Allah mənə xəyal etdiyim karyeranı nəsib etdi. Digər futbolçuların daha yaxşılarını yaşamasını istəyirəm".
Qeyd edək ki, UEFA AVRO-2020-nin 2021-ci ildə keçirilməsinə qərar verib.
Oxşar xəbərlər
Emre Belözoğlu "Başakşehir"dən ayrıldı - İstefa
Emre Belözoğlu karyerasını İtaliyada davam etdirəcək - Məşqçi olacaq
"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" - Emre Belözoğlu
"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" - Emre Belözoğlu
Emre Belözoğlu futboldan getdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
"Turan" 3 xal qazandı - Premyer Liqa














Misli Premyer Liqası