Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bombardirlər sırasında olan iki hücumçumuzun adı kitabda yer alacaq...MÜSAHİBƏ
Azərbaycanın tanınmış futbolçuları tarixi almanaxda yer alacaqlar
Ukraynanın Luqansk şəhərində futbolla bağlı yeni kitab nəşr olunacaq. "Наш легион” adlanacaq kitabda, postsovet məkanında xarici klubların heyətində qol vurmaq bacarığı ilə seçilən futbolçuların adları daxil ediləcək. Kitabın müəllifi, Ukraynanın tanınmış idman jurnalisti Viktor Xoxlyukla söhbət zamanı məlum oldu ki, nəşrdə iki həmyerlimiz – Vəli Qasımov və Nazim Süleymanovunda adları olacaq. Müəlliflə kitabda yer alan futbolçuların hansı kriteriyalara görə ora düşməsi ilə maraqlandım.
- Əsl futbol kriteriyalarına söykənərək seçim etmişik. Kitabda əsas meyar kimi futbolçuların xarici klubların heyətində nümayiş etdirdikləri bombardirlik keyfiyyətləri, çıxış etdiyi klubların və özünün qazandığı titullar nəzərə alınıb. Qasımov Moskva "Dinamo”sunun heyətində özünü əla tərəfdən göstərib(Rusiyanın ilk futbol çempionatının bombardiri olub). "Betis”də əsas hücumçulardan biri olub. Süleymanov isə uzun illər Vladiqafqaz "Alaniya”sının lideri idi. Şimali osetiyalıların heyətində 50 qol vuran Süleymanov, azərbaycanl futbolçuların nəyə qadir olduğunu hər kəsə nümayiş etdirib. Hər iki futbolçuda lider xüsusiyyətləri var idi. Onlar Azərbaycan futbol məktəbinin istedadlı nümayəndələri olub.
- Cənab Xoxlyuk, kitabda Qasımov və Süleymanovdan başqa Azərbaycandan kimsə var?
- Əlbəttə. Nəşrdə bu iki hücumçudan başqa Azərbaycanda çıxış etmiş Viktor Kulikov, Vladimir Mazyar və Yuriy Fomenko haqqında məlumatda dərc olunacaq. Onlar sizin ölkənizdə qol vurmaq bacarıqları ilə seçiliblər.
- Kitabın yığılması, materialların hazırlanması prosesində hansısa çətinliklər oldu?
- Mütləq! Xüsusəndə ölkə kuboklarındakı göstəricilərlə bağlı məlumat əldə etməkdə xeyli problemlər yaşandı. Bu vəziyyətin aradan qalxmasında mənə kömək edən statist həmkarlarıma: Minskdən Aleksandr Tominə, Tbilisidən Vaxtanq Bzikadzeyə, Bakıdan Mehman Süleymanova və yunanıstanlı Georgiy Vasalosa dərin təşəkkürümü bildirirəm. Onların etdiyi kömək-dəyərsizdir.
- Kitabı nə zaman nəşr etməyi düşünürsünüz?
- Az bir müddət sonra, ya 2016-cı ilin sonunda, yada ki, 2017-ci ilin yanvar-fevral aylarında kitab işıq üzü görəcək.
- Viktor təşəkkür edirəm, bu gözəl ideyaların davamlı olmasını arzulayıram...
- Elə məndə. Azərbaycana salamlar.
Söhbətləşdi: Araz Əhmədov
Qeyd: Kitab üçün verdiyi şəkillərə görə Futbol+ qəzetinin kollektivinə, xüsusəndə baş redaktor Mahir Rüstəmliyə dərin təşəkkürlər.
Oxşar xəbərlər
Türk futbolçu kitab yazacaq - FOTO
Baş məşqçi kitab yazdı - FOTO
"Qarabağ"ın sabiq hücumçusu özü barədə yazılan kitabdan danışdı
Azərbaycanlı hakimə həsr olunmuş kitab nəşr edilib - FOTO
Milli komandamızın keçmiş baş məşqçisi dünyanın ən yaxşı futbolçuları sırasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası